Sürətli pəhriz

Sürətli pəhriz
15:47 6 Avqust 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

Yayda toya hazırlaşan gəlinlər digər gəlinlərdən daha şanssızdırlar. Çünki qış aylarında artıq çəki problemi yaşayanlar qapalı gəlinliklə qüsurlarını ört-basdır edə bilərlər. Yay aylarında isə bu mümkün deyil.

Publika.az türkiyəli diyetoloq Fevzi Özgönülün toya hazırlaşan gəlinlər üçün hazırladığı pəhriz reseptini təqdim edir:
 
"Gəlinlər artıq çəkiyə görə ürəklərini  sıxmasınlar. Həmin gün belə məsələlərə fikir vermədən xoşbəxt olmalı, doyunca əylənməlidirlər. Gəlinlik seçimində qarşıya çıxa biləcək problemdən sığortalanmaq üçün isə cəmi 1 həftə pəhriz saxlamaq kifayətdir. Pəhrizə toya bir həftə qalmış başlamaq və toy günü yekunlaşdırmaq lazımdır".
 
Mütəxəssis tövsiyə etdiyi pəhrizlə bağlı bəzi istisnaları da qeyd edib:
 
"Şəkər xəstəliyi və ya qalxanabənzər vəzin ləng işləməsi kimi narahatlığı olanlara pəhrizi saxlamaq tövsiyə olunmur".
 
Publika.az həmin pəhriz proqramını təqdim edir:
 
1-ci və 2-ci gün
 
Səhər: Səhər alma sirkəsi əlavə edilmiş suyu içdikdən sonra 1 qaynadılmış  yumurta və 2-3 zeytun yeyərək günə başlayın.
 
Günorta (günorta yeməyini ən gec 14.00 - da yeməyiniz lazımdır):  1 kasa qatıq, 3-4 qoz və 1 meyvə.
 
Axşam: Tərəvəz xörəyi, 1 dilim qarpız.
 
Günorta 1 boşqabdan artıq yeməyin və su içməyi unutmayın. Gəlinliyin əyinizində yaxşı oturmasını istəyirsinizsə, müəyyən idman hərəkətləri edin.
 
3-cü və 4-cü gün:
 
Səhər: Günə tez başlamağa çalışın. Səhər qalxanda 1 stəkan suya 1 çay qaşığı alma sirkəsi töküb için. 30 dəqiqə gözlədikdən sonra yeməyə başlayın. Səhər yeməyində çörək olmaz. Ağ pendir, 2 qoz ləpəsi, bir az pomidor və xiyarla 10 sap cəfəri, 1 ədəd yumurta yeyə bilərsiniz. Lakin qətiyyən 1 fındıq dənəsi belə yeməyin, bol su için, çox aclıq hiss etsəniz, ayran və ya süd için.
 
Günorta: Günorta yeməyində 1 boşqab toyuqlu tərəvəz yeməyinin yanında 2-3 qoz yeyin.
 
Axşam: Saat 19.00-da bir boşqab az yağlı qarabaşaq, bir kasa (normal böyüklükdə) qatığın içinə 1 ovuc doğranmış meyvə və 2-3 qoz töküb yeyin.
 
Yemək aralarında mütləq su için, gecə çox aclıq hiss etsəniz, 1 stəkan süd və ya ayran için.
 
Axşama yaxın 1 saata qədər yeriyin və gecə yatmazdan əvvəl  iplə 100-150 dəfə tullanın.
 
5-ci və 6-cı gün:
 
Səhər: Yumurta yeyin, günorta və axşam isə 3-cü və 4-cü gün əməl etdiyiniz axşam  menyusu ilə eynidir. Ancaq qatıq-meyvə və qoz yerinə 1 böyük stəkan ayran için.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/361245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR