Novxanıda dənizdə 30 yaşlı şəxs batdı

Novxanıda dənizdə 30 yaşlı şəxs batdı
22:24 6 Avqust 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda dənizdə batma faktı qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3000 metr aralı nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğlunun suda batması haqqında məlumat daxil olub. B.Mikayılovun cəsədi “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:40-da başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR