Obama Rus hərbi texnikasının hərəkətini izlədi

Obama Rus hərbi texnikasının hərəkətini izlədi
13:41 26 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, bu ölkənin Respublika günü münasibətilə təşkil edilən hərbi paradda iştirak edib. Obamanın fəxri qonaq qismində qatıldığı paradda Hindistanın yerli və Rusiya istehsalı olan ağır texnika, raketlər və silahlar nümayiş etdirilib. Obama paradı onu müşayiət edən xanımı Mişel Obama və Hindistanın Baş naziri Naredra Modi ilə birlikdə izləyib.

ANS PRESS-in möəlumatına görə, ABŞ prezidentinin Hindistana 3-günlük səfəri çərçivəsində iştirak edəcəyi əsas tədbir olan hərbi parad bir məqamla yadda qalıb. Bu, Barak Obamanın prezident qismində indiyədək açıq havada qaldığı ən uzunmüddətli tədbiri olub. Obamanın parada 2 saatdan çox vaxt ayırıb.

Hərbi parad Hindistan mədəniyyətini təcəssüm etdirən rəngarəng gül çələnglərinin keçidi ilə başa çatıb.

Hindistanda Respublika günü münasibətilə parad ölkənin demoktratik konstitusiyasının qüvvəyə mindiyi 1950-ci ildən bəri hər il təntənəli şəkildə keçirilir.
Mənbə
Associated Press


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR