ABŞ-da ispan müstəmləkəçiliyinə məxsus xəzinə 2 milyon dollara satılıb

ABŞ-da ispan müstəmləkəçiliyinə məxsus xəzinə 2 milyon dollara satılıb
09:03 7 Avqust 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
XVII-XVIII əsrlərdə Florida sahillərində baş verən gəmi qəzalarında itmiş ispan xəzinəsinə məxsus qiymətli kolleksiya hərracda 2 milyon dollara satılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xəzinəni tapan Mel Fişer 1985-ci ildə Nuestra Senora de Atocha adlı ispan gəmisinin qalıqlarını aşkar edib. Gəminin qalıqlarının tapılmasının 30 illiyi münasibətilə “Guernsey's” hərrac evi kolleksiyadan 40-a yaxın əşyanı hərraca çıxarıb.
Satılan əşyalar arasında ən qiymətlisi Santa Marqarita gəmisindən tapılan qızıl qədəh olub. O 413 min ABŞ dollarına satılıb. Zümrüd daşlarla bəzədilmiş çarmıxın qiyməti isə 119 min dollar olub.
Qeyd edək ki, 15 ilə yaxın sürən axtarışlar nəticəsində Mel Fişer 1985 il iyulun 20-də dəyəri təxminən 450 milyon olan xəzinə aşkar edib.
Nuestra Senora de Atocha gəmisi 1622-ci ildə İspaniyaya qayıdarkən güclü qasırğa nəticəsində qəzaya uğramışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_ispan_mustemlekechiliyine_mexsus_xezine_2_milyon_dollara_satilib-875973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR