"Qarabağ"la "Qəbələ"nin potensial rəqibləri - YENİLƏNİR

"Qarabağ"la "Qəbələ"nin potensial rəqibləri -   YENİLƏNİR
11:12 7 Avqust 2015
122 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılacaq. Fanat.az хəbər verir ki, UEFA-nen İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq mərasim Bakı vaхtı ilə saat 16.00-da başlayacaq.

Püşk zamanı 44 komanda rəqibini tanıyacaq və 22 cütlük müəyyənləşəcək. 44 komandadan 29-u III təsnifat mərhələsinin qalibidi, 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində məğul olan komandalardı.

Püşkdə iki təmsilçimiz rəqibini tanıyacaq. Çempionlar Liqasında "Seltik"ə uduzaraq bu mərhələyə düşən "Qarabağ"la Avropa Liqasında "Apollon"u yenən "Qəbələ"nin qrup mərhələsinə gedən yoldakı son rəqibi müəyyənləşəcək. Hər iki komandamız "səpələnməmişlər" səbətində yer alıb və rəqibləri güclülər arasından seçiləcək. 

Qeyd edək ki, Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.
 
Avropa Liqası
"Pley-off" mərhələsi
20-27 avqust

Səpələnmişlər: Borussiya (Dortmund, Almaniya), Ayaks (Hollandiya), Rubin (Rusiya), Atletik (İspaniya), Alkmaar (Hollandiya), Zalsburq (Avstriya), Viktoriya (Çexiya), PAOK (Yunanıstan), Styaua (Rumıniya), Yanq Boyz (İsveçrə), Sparta (Çexiya), Fənərbaxça (Türkiyə), Standard (Belçika), Legiya (Polşa), Bordo (Fransa), Panatinaikos (Yunanıstan), Lex (Polşa), Sent-Etyenn (Fransa), Slovan (Çexiya), Sautqempton (İngiltərə), Krasnodar (Rusiya), Belenenseş (Portuqaliya).
 
Səpələnməmişlər: Rusenborq (Norveç), Qarabağ (Azərbaycan), Hayduk (Xorvatiya), HİK (Finlandiya), Zarya (Ukrayna), Atromitos (Yunanıstan), Tun (İsveçrə), Mölde (Norveç), Astra (Rumıniya), Dinamo (Belarus), Yablonets (Çexiya), Jilina (Slovakiya), Midilyand (Danimarka), Videoton (Macarıstan), Brondbü (Danimarka), Voyvodina (Serbiya), Rabotniçki (Makedoniya), Milsami (Moldova), Altax (Avstriya), Odds (Norveç), Qəbələ (Azərbaycan), Kayrat (Qazaxıstan).

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotla-quotqblquotnin-potensial-rqiblri-t43074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR