"Barselona"nın sabiq futbolçusu karyerasını Türkiyədə davam etdirəcək

İsaak Kuenkanı növbəti mövsümdən etibarən Türkiyə Superliqasında görmək imkanımız olacaq.

Metbuat.az-ın məlumatına görə, ispan futbolçu karyerasını "Bursaspor"da davam etdirəcək. O, artıq tibbi müayinədən keçib və 3 illik müqaviləyə imza atıb.

Kuenkanın "Ufa", "Antalyaspor" və "Dnepr"in təkliflərini rədd etdiyi bildirilir. 24 yaşlı vinqer son mövsümü "Deportivo"nun heyətində keçirib.

Kuenka bir müddət "Barselona"da çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR