ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb

ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb
04:08 9 Avqust 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 9 avqust, AZƏRTAC
ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb.
AZƏRTAC Rusiyanın “Vesti.ru” saytına istinadla xəbər verir ki, buna səbəb suya dörd milyon litrdən çox toksik maddənin axıdılması olub. Suda aparılan testlər göstərir ki, çayın turşuluq səviyyəsi 100 dəfə çoxalıb. Bu, rayonun flora və faunasına ciddi zərər verə biləcək həddir.
Belə böyük miqyasda çirklənmənin səbəbi insanların laqeydlik göstərərək bu barədə müvafiq qurumlara məlumat verməməsi olub. Təbiətə vurulan zərəri ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşları qızıl yatağında təmizlik işləri apararkən təsadüfən görüblər. Uzunluğu 200 kilometrdən çox olan çay yaxın ərazidəki yaşayış məntəqələrinin içməli su mənbəyidir. Agentlik dəymiş ziyanın aradan qaldırılması üçün məsuliyyəti öz üzərinə götürüb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_Kolorado_statindaki_Animas_chayi_parlaq_xardal_rengine_boyanib-876339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR