Döyülərək öldürülən jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev övlad itkisi ilə bağlı dərdini bölüşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, mərhum jurnalistin atası oğlunun vəziyyətinin qəfil dəyişdiyini bildirib:

"Mənə maraqlı olan o şəxslərin həbs edilməsidir. Komandaya qarşı atacağım addımlarla bağlı hələlik dəqiq qərar verməmişəm. Rasimin vəziyyəti elə də ağır deyildi. Yəni üzündə zədə izi yox idi. Kürəyində, bədənində ağrılar var idi. Sonra gecə xəbər gəldi ki, vəziyyəti ağırdır. Əməliyyat edilməlidir. Əməliyyat olundu və dalağı götürüldü. Amma faydası olmadı. Biz onu itirdik..."

Xatırladaq ki, Rasim Əliyev sonuncu müsahibəsində özünün "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirmişdi. Qarşı tərəf isə bu ittihamları əsassız sayır.

Hazırda məsələ ilə bağlı DİN və Baş Prokulorluq tərəfindən araşdırmalar aparılır.

Milli.Az