Cavid Hüseynovun bibisioğlu həbs edildi

Cavid Hüseynovun bibisioğlu həbs edildi
19:27 9 Avqust 2015
196 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin futbolçusu Cavid Hüseynovu "Facebook" sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb. 

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cavid-huseynovun-bibisiolu-hbs-edildi-t43138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR