Şəmsəddin Xanbabayevə fəxri fərman təqdim edildi (FOTO)

Şəmsəddin Xanbabayevə fəxri fərman təqdim edildi (FOTO)
21:06 26 Dekabr 2014
259 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə Belarus Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan-Belarus dostluğunun inkişafında xidmətlərinə görə fəxri fərmanı icra başçısına Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç təqdim edib.

Şəmsəddin Xanbabayev isə ANS PRESS-ə bildirdi ki, bu fərman onun əməyinə görə deyil, Azərbaycan-Belarus arasında dövlət səviyyəsində aparılan işlərə verilən qiymətdir.

O, qeyd edib ki, ölkələrimiz mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələrdə yüksək səviyyədə qarşılıqlı əməkdaşlıq edir və bu münasibətlər ildən–ilə daha da genişlənməkdədir

Xaçmaz rayon İcra Hakimiyyətində keçirilən görüşdə o da bildirildi ki, 2015-ci ildə Xaçmazla Belarus şəhərlərindən biri qardaşlara bilər.













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR