Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ​Göygöldə vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ​Göygöldə vətəndaşları qəbul edəcək
15:12 10 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 avqust. REPORT.AZ/ Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göygöl rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbulda Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacağı deyilir.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza yaxud Komitənin Aparatının (012) 490 24 08 (daxili 105, 102 və 349) və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi İdarəsinin (02220) 5-23-75, (022) 265-08-69 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, Komitə sədrinin görüşü öncə avqustun 28-nə təyin edilmişdir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesinin-sedri-goygolde-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR