Jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı tutulanlardan daha biri sabiq futbolçudur.

ANS PRESS-in məlumatına görə, bu gün haqqında həbs qəti imkan tədbiri seçilmiş 6 nəfərin işində olan Camal Məmmədov 2013-cü ildə futbolçu karyerasını başa vurub.

Jurnalistin ölümü ilə bağlı tutulan daha bir futbolçu (FOTO)
Cavid Hüseynov

Karyerası ərzində "Standart", "İnter", "Karvan", "Turan" kimi klubların şərəfini qoruyan Camal Məmmədov futzal üzrə Azərbaycan millisinində şərəfini qoruyub. Hadisə ilə əlaqədar saxlanılan Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da keçmiş futbolçudur. Elşən İsmayılov "Azal" və "Qəbələ" futbol klublarında oynayıb.

Jurnalistin ölümü ilə bağlı tutulan daha bir futbolçu (FOTO)
Elşən İsmayılov

Avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalistin ölümü ilə bağlı tutulan daha bir futbolçu (FOTO)
Camal Məmmədov

Həmçinin oxuyun:

Millimizin üzvünün həbsi ilə bağlı rəsmi açıqlama

Futbolçu Cavid Hüseynov həbs edildi

Cavid Hüseynov: "Jurnalistə dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә..."

Rasimi əməliyyat edən cərrah: "Dalağı dağılmışdı, ağciyər və döş qəfəsi əzilmişdi"

Döyülən jurnalist öldü (VİDEO)