Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanın "Rabitəbank" ASC "AGBank" ASC-ni almağa hazırlaşır. Hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı hər iki təşkilatın səhmdarları arasında danışıqlar prosesi gedir. Bu barədə "Report"a "Rabitəbank"dakı mənbələrdən məlumat verilib.
Məlumata görə, bu prosesdə "Rabitəbank"ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və "AGBank"ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur.
Qeyd edək ki, "AGBank" ASC 1992-ci ildə, "Rabitəbank" ASC isə 1993-cü ildə fəaliyyətə başlayıb.
*** 16:52 (11 avqust)
"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev "Report"a açıqlamasında hansısa bankın alınması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini və ötən gün bununla bağlı yerli KİV-də yayılan məlumatı tezliklə rəsmi şəkildə təkzib edəcəklərini deyib: "Ümumiyyətlə, bankın alınması ilə bağlı müzakirə yoxdur".
*** 18:52 (11 avqust)
"AGBank"ın İdarə Heyətinin sədrinin müavini Əfqan Cəlilovun sözlərinə görə, adıçəkilən bankın əsas səhmdarları olaraq Beynəlxalq Maliyyə Korporasiyası, "Kazimir Investme
*** 10:00 (12 avqust)
Xatırladaq ki, bu ilin mart ayında "Fitch" beynəlxalq reytinq agentliyi "AGBank" ASC-nin uzunmüddətli xarici valyuta reytinqini yenidən "B-" səviyyəsində təsdiq etsə də, reytinq üzrə dayanıqlığı "stabil"dən "neqativ"ə dəyişib.
"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin düşməsi səbəbindən zəifləyən Azərbaycan bank sektoru və bu ilin fevralında baş verən manatın 34%-lik devalvasiyası Banka ciddi təsir edib. "AGBank" fevral ayında kapitalın adekvatlığı tələbnaməsinə riayət etməyib. Ötən ilin sonunda "AGBank"da açıq valyuta mövqeyinin kapitala nisbəti 87% olub. Nəticədə, "AGBank" devalvasiya nəticəsində 10 mln. manat (məcmu kapitalın 19%-i) zərər çəkib. "Fitch"in hesablamalarına əsasən, Bankın kapital adekvatlığı 8%-dən aşağı düşüb (hazırkı tələbnamə 12%-dir).
Qeyd edək ki, "AGBank"da aktivlərin mənfəətliliyi (ROA, 2014-cü ilin sonuna) 0,5% olub. Bankın depozit cəlb etməsinə baxmayaraq, vəsaitlərini tam olaraq yerləşdirə bilməyib. Nəticədə, faiz itkisi və əmanətlərin dollara konvertasiyasından yaranan risklər artıb.
Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar, "AGBank" ASC artıq iki rübdür ki, "Report" agentliyinin renkinqlərlə bağlı sorğusunu cavablandırmır və əsas maliyyə göstəricilərini geniş ictimaiyyətə təqdim etmir.