Qahirə, 14 avqust, AZƏRTAC
Misir KİV-lərinin verdiyi məlumata görə, Liviya ilə sərhəddə Misirin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində dörd hərbçi həlak olub, daha iki nəfər yaralanıb.
Qeyd edilir ki, Misir Hərbi Hava Qüvvələrinə məxsus təyyarə antiterror əməliyyatında iştirak edirdi və texniki nasazlıq nəticəsində qəzaya uğrayıb.
Asya Hacızadə,
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə