52 yaşlı Əbdürrəhman Dehlinin məşhur xəttatlarından biridir. O, müştərilərin gətirdikləri mətnləri, məktubları, hətta ərizə və vəsiyyətləri hüsnxətlə, urdu dilində yazır və bununla pul qazanır.
Əbdürrəhman Hindistanın paytaxtı Dehlidəki Köhnə Dehli qalasında çalışan onlarla xəttatdan biridir.
"Katib" adlandırılan bu xəttatlar sənədləri də yazırlar.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, xəttatlıq artıq ölüm astanasında olan peşə sayılır. Köhnə Dehlidəki xəttatların sayı da azalmaqdadır.
Tanınmış xəttat, 72 yaşlı Məhəmməd Təhsinin dediyinə görə, iki gündə bir müştərisi olanda sevinir.
53 yaşlı Məhəmməd Qalib isə söyləyir: "Əvvəllər yaxşı gündə 400-500 rupi qazanardım. İndisə gəlirlər çox azalıb. Amma peşəmi sevirəm və işimi atmaq niyyətində deyiləm".
Milli.Az















