Bakı, 15 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə yük daşınması 10,3 milyon ton təşkil edib. Orta hesabla sutkada 470 vaqon yüklənib və 448 vaqon isə boşaldılıb.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,2 min ton, Qərb istiqaməti üzrə 5,3 min ton və Cənub istiqaməti üzrə isə 2,5 min ton yüklənmə işi yerinə yetirilib.