Bakı, 18 avqust, AZƏRTAC
Özbəkistanın "uchildiz.uz" saytında Bakıda keçirilən Müslüm Maqomayevin anım mərasimi haqqında məlumat yayımlanıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycanın bənzərsiz sənət xiridarı haqqında zəngin məlumatlar yer alib. Bildirilib ki, Maqomayevin səsi - parlaq, yüksək, dramatik baritondan ibarət idi. Fitri istedadı və peşəkarlığı Maqomayevə adi bariton repertuarın hüdudlarından kənara çıxmağa imkan verirdi.
Yazıda xalq artistinin Azərbaycan milli əsərlərini ifa edərkən "Muğam" texnikasından bəhrələndiyi də vurğulanıb.
Məqalədə həmçinin, Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında geniş məlumat ver alıb.
Məqalənin mətni ilə daha yaxından "uchildiz.uz" saytında tanış ola bilərsiniz.