Bakı, 19 avqust, AZƏRTAC
Yeddi ayda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 6 milyard 773 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, ötən müddət ərzində bank kreditləri 443,3 milyon manat, büdcə vəsaitləri 1 milyard 662, 9 milyon manat, büdcədənkənar fondların vəsaitləri 153,8 milyon manat, əhalinin şəxsi vəsaitləri 273,2 milyon manat, digər vəsaitlər 61,7 milyon manat olub.