Yeni "Mercedes-Maybach S-Class" modelinin Avropada ilk rəsmi təqdimatı Bakıda baş tutub

Yeni "Mercedes-Maybach S-Class" modelinin Avropada ilk rəsmi təqdimatı Bakıda baş tutub
11:52 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 11:43 ]


Bakı - APA-Economics. Yanvarın 23-də "Mercedes-Benz" brendinin yeganə rəsmi dilerliyi "AutoStar Kaukasus"da avtomobil ilinin ən əhəmiyyət kəsb edən hadisələrindən biri - yeni "Mercedes-Maybach S-Class" modelinin təqdimatı keçirilib.

 

"Mercedes-Benz"in Azərbaycandakı baş distribütoru "Avtokapital Azərbaycan" və minik avtomobilləri üzrə yeganə rəsmi dileri "AutoStar Kaukasus" şirkətləri eksklüziv "Mercedes-Maybach S600" modelinin təqdim olunduğu təmtəraqlı bir gecənin təşkilatçısı olublar.

 

Bütün  model  sırasının zirvəsini  layiqincə təmsil edən "Mercedes-Benz" bu möhtəşəm  ziyafətdə, avtomobil  dəbdəbəsində, hətta ən təcrübəli tamaşaçı üçün, diqqət  və hədsiz maraq mərkəzinə çevrilib.

 

"AutoStar Kaukasus" şirkətinin satış direktoru Ziya Mahmudov tədbir zamanı çıxışında qeyd edib: "Yeni "Mercedes-Maybach S-Class" alman istehsalçılarının fəxridir və özündə lüks avtomobillərin ən yaxşı keyfiyyətlərini birləşdirir". Ziya Mahmudov modelin yaranması və üstünlükləri haqqında ətraflı məlumat verib.

 

Təşkilatçılar yeni avtomobilin layiqincə qiymətləndirilməsi üçün bütün lazımi atmosferi yarada biliblər. Təklif olunan nəfis təamlar, fransız şərabları və canlı musiqi isə gecəni daha da təmtəraqlı edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR