Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı Bakıda müzakirə olunur

12:03 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, Ceyhun Rüstəmov, AzərTAc
Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin Daimi İşçi Qrupunun 1-ci iclası keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirib ki, iclasda Azərbaycan, Qazaxstan, Gürcüstan və Türkiyənin dəmir yollarının və digər müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov dəmir yolunda aparılan islahatlar, qarşıdakı perspektiv vəzifələr haqqında geniş məlumat verib.
Sonra “2014-cü ildə Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi və 2015-ci il üçün bu sahə üzrə proqnoz haqqında”, “Çin-Türkiyə marşrutu ilə hərəkət edəcək konteyner qatarlarının təşkili və bu layihə çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutu iştirakçılarının Birgə müəssisə yaradılması haqqında”, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yüklərin nəqli üzrə rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi haqqında”, “Maraq coğrafiyasını və iştirakçıların sayını artırmaqla, həmçinin onun tərkibinə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələrinin nəqliyyat şirkətlərini cəlb etməklə Qazaxıstan tərəfinin Komitənin Avrasiya Nəqliyyat Assosiasiyası ilə əvəzlənməsi haqqında təklifi” və digər məsələlərin müzakirəsi aparılıb.
Yanvarın 26-da işə başlayan iclas ikinci iş gününü komissiyalarda müzakirələrlə davam etdirir.
İclasın sonunda müvafiq sənədlər imzalanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Transxezer_beynelxalq_neqliyyat_marsrutunun_inkisafi_Bakida_muzakire_olunur-827734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR