Avropanı lərzəyə salan bu adam kimdir? - FOTO

Avropanı lərzəyə salan bu adam kimdir? - FOTO
13:12 27 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda keçirilmiş növbədənkənar parlament seçkilərində qalib gəlmiş SİRİZA sol qüvvələr koalisiyasının lideri Aleksis Sipras artıq hökumət başçısı postuna hazırlaşır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, son 150 il ərzində Yunanıstanın ən gənc baş naziri olan 40 yaşlı A.Sipras həm də ilk ateist hökumət başçısıdır.
 
Liseydə birlikdə oxuduğu Pristera Batziana ilə qeyri-rəsmi nikahda olan Sipras bu izdivacda 2 övlad atası olsa da, münasibətləri rəsmiləşdirmək niyyətində deyil.
 
Beləcə, Sipras və Batziana Yunanıstanda baş nazirin iqamətgahı "Maksimos" sarayında yaşayacaq, nikahda olmayan ilk ailə olacaq.
A.Siprasın belə yaşamı onun Vatikan, Səudiyyə Ərəbistanı və ya Hindistan kimi mühafizəkar ölkələrə səfərlərində problemlər yarada bilər.
A.Siprasın "Betti" adlandırdığı xanımı onun siyasətlə məşğul olmasının səbəbkarı sayılır.
 
"Liseydə olanda futbolçu karyerasına can atırdım və yalnız futbolla maraqlanırdım. "Panatinaikos" fanatı idim. Dizimdən zədələnəndən sonra futbolla vidalaşdım və elə o vaxtlarda Betti ilə münasibətlərim başlandı. Betti məndə siyasətə maraq oyatdı, kommunistlərin təşkilatına cəlb etdi. Sonralar universitetdə oxuyanda aktiv solçu oldum", - A.Sipras deyib.
 
Aleksis Sipras iki oğlunu məktəbə piyada aparır, ev işlərini görməkdən həzz alır.
 
Üstəlik, o, Afina küçələrində BMW markalı motosikletlə dolaşması ilə tanınır.
 
SİRİZA-nın Yunanıstandakı seçkilərdə qələbəsi Avropada şok effekti yaradıb.
A.Sipras isə "Avropanı lərzəyə salan adam" kimi tanınır.
 
Milli.Az
 











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR