"Milan"ın baş məşqçi axtarışı

"Milan"ın baş məşqçi axtarışı
14:43 27 Yanvar 2015
213 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Milan" Filippo İnzaqi ilə yolların ayrıla biləcəyi ehtimalını nəzərə alaraq yeni baş məşqçi axtarışını davam etdirir.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 41 yaşlı mütəxəssis yaxın vaxtlarda istefaya göndərilərsə, mövsümün sonunadək komandanı ikinci baş məşqçi Mauri Tassotti çalışdıracaq.

"Milan"ın yayda "Fiorentina"nın baş məşqçisi Vinçentso Montella və ya İtaliya millisinin çalışdırıcısı Antonio Konteni dəvət edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2357602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR