Azərbaycanın vurduğu helikopterlə bağlı Ermənistanın etirafı

14:57 27 Yanvar 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Azərbaycan tərəfindən vurularaq salınmış helikopterinin heyəti təlim uçuşu həyata keçirərkən kursdan azacıq yayınıb.

Trend Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

Ohanyanın qeyd etdiyi kimi, salınmış helikopter hadisəsi ilə əlaqədar xidməti təhqiqatın nəticələrinə görə, müəyyən şəxslər töhmət alıblar, həmçinin işdən çıxarılmalar da olub.

Noyabrın 12-də Ermənistan SQ-yə məxsus Mi-24 helikopteri Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr aralıda Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR