Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında bu ilin ikinci maliyyə müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihə rəhbərlərinin iştirakı ilə məlumatlandırma sessiyası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, qurumun Katibliyinin icraçı direktoru Fərasət Qurbanov toplantıda çıxış edərək layihələrin icrasında səmərəli nəticənin əldə olunması, büdcənin idarə edilməsi, yeni hesabatlılıq qaydaları və layihələrin qiymətləndirilməsi metodologiyası ilə bağlı məlumat verib.
Şura Katibliyinin əməkdaşları Xanım Cəbrayılova, Elnur Bağırlı, Nigar Ağakişiyeva və Mirzağa Zaidov layihələrin idarə olunması, hesabatlılıq, nəzarət və monitorinq məsələləri ilə bağlı təlimatları QHT rəhbərlərinin diqqətinə çatdırıblar.
Sessiyada QHT rəhbərləri layihələrin icrasının müxtəlif istiqamətləri, o cümlədən təlimlərin təşkili, hesabatların hazırlanması ilə bağlı təkliflərini səsləndiriblər.
Toplantının sonunda QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
