Afina, 27 avqust, AZƏRTAC
Yunanıstanın müvəqqəti hökumətində Baş nazir vəzifəsinə xanım Vasiliki Tanu-Xristofilu seçilib. O, Yunanıstan tarixində birinci qadın Baş nazirdir. V.Tanu-Xristofilu sentyabrda keçiriləcək seçkilərə qədər bu vəzifəni icra edəcək.
Yunanıstan Prezidenti Prokopis Pavlopulos yeni Baş nazirə hökuməti formalaşdırmaq tapşırığını verib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina