NASA Yerin yaxınlığından ötüb keçən nəhəng asteroidin fotoşəkillərini yayıb

NASA Yerin yaxınlığından ötüb keçən nəhəng asteroidin fotoşəkillərini yayıb
21:23 27 Yanvar 2015
224 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
NASA alimləri Yer kürəsinin 1,2 milyon kilometrliyindən ötüb keçən, diametri 500 metrə çatan nəhəng asteroidin ilk fotoşəkillərini təqdim ediblər.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, dərc edilən şəkillərdə asteroidin Yerə maksimum yaxınlaşdığı məqam əksini tapıb. Bu zaman səma cisminin sürəti saniyədə 15 kilometr təşkil edib.
2004-cü il yanvarın 30-da aşkarlanan asteroid potensial təhlükə sırasına daxil edilib və həmin vaxtdan etibarən astronomlar onu müntəzəm surətdə izləyiblər.
Mütəxəssislərin hesablamalarına görə, oxşar böyüklükdə növbəti asteroid Yerə 2015-ci il martın 27-də yaxınlaşacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NASA_Yerin_yaxinligindan_otub_kechen_neheng_asteroidin_fotosekillerini_yayib-827918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR