Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyükşor yol qovşağı adlanan hissəsindən “Ramstore” yol qovşağına qədər nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O bildirib ki, məhdudlaşdırma yolun hərəkət hissəsində üfüqi nişanlanma işi ilə bağlıdır. Nişanlanma işinin bir neçə saat ərzində yekunlaşacağı bildirilir.