Ermənistanla sülh istəyirik

Ermənistanla sülh istəyirik
03:21 28 Yanvar 2015
334 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə baş nazirinin müavini Bülent Arınç Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində keçirilən BMT insan hüquqları şurasında çıxış edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə - Ermənistan münasibətlərindən danışan Arınç, sülh tərəfdarı olduqlarını vurğulayıb.

Erməni jurnalist Hrant Dinkin ölüm ildönümü ilə əlaqədar ötən həftə baş nazir Əhməd Davudoğlunun mesaj yaydığını xatırladan rəsmi Ankara təmsilçisi bunun, həmin məsələyə nə qədər əhəmiyyət verdiklərinin isbatı olduğunu bildirib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanla münasibətlərin üfüqündə sülh və dostluq var.

Xatırladaq ki, daha əvvəl də rəsmi Ankara bu cür xoşməramlı mesajlar verməsinə baxmayaraq rəsmi İrəvan qondarma “soyqırımı” iddialarından əl çəkməyəcəyini vurğulayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR