Rəsmi Moskva optimistdir (VİDEO)

Rəsmi Moskva optimistdir (VİDEO)
04:56 28 Yanvar 2015
287 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın baş naziri Dmitri Medvedev beynəlxalq agentliyin Rusiyanın kredit reytinqini zibil səviyyəsinə endirməsinin siyasi motivli olduğunu deyir.

ANS PRESS-in məlumatına görə, o belə bir bəyanatla Standard & Poor's (S&P) agentliyinin hesabatından sonra çıxış edib.

Medvedev bu reytinqlərin açıq-aydın siyasi alət olduğunu bildirib. S&P beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini "BB+" səviyyəsinə salıb. Bu səviyyəyə "zibil" də deyirlər.

Bu o deməkdir ki, sərmayə fondları Rusiyanın dövlət istiqrazlarından xilas olmağa başlayacaqlar. Sonuncu dəfə Rusiyanın reytinqi bu səviyyədə 2004-cü ildə olub.

Ukraynaya təcavüzündən sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi vəziyyət pisləşib. Son 1 ildə ölkədən 151 milyard dollar kapital çıxarılıb.

Buna baxmayaraq Rusiya kanalları məsələyə optimist yanaşırlar. Şərhçilər sərmayəçilərin beynəlxalq agentliyin reytinqini ciddiyə almayacaqlarını düşünür. Hətta hazırda Rusiyanın sərmayə qoyulması üçün ən yaxşı ölkə hesab edirlər.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=322318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR