[ 01 Sentyabr 2015 10:39 ]
Bakı-APA. Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytınaq istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batdığına dair məlumat daxil olub. Hadisə yerinə nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.