Bakı, 1 sentyabr, AZƏRTAC
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama oyunu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, ABU Arena-da keçirilən oyunda millimiz 5:2 hesabı ilə qalib gəlib. Vitali Borisovun dubl etdiyi oyunda hərəyə Eduardo Mello, Amadeo Fernandes və Samir Həmzəyev hərəyə bir dəfə fərqləniblər.
Bu komandalar arasında növbəti oyun sentyabrın 2-də keçiriləcək. ABU Arena-da təşkil olunacaq görüş saat 20:30-da başlayacaq.
Futzal üzrə Azərbaycan milli komandası yoxlama oyununda qalib gəlib