Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

10:52 28 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 10:46 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda 47 yaşlı qadın yol qəzasında ölüb. Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 27-də saat 18:25 radələrində Şağan qəsəbəsi, Mərdəkan-Buzovna yolunda Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Şahin Mustafayev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə 1968-ci il təvəllüdlü Samirə Həsənovanı vurub. S. Həsənova aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR