"Qanlı Yanvar" filmi Monrealda ikinci dəfə nümayiş olunub

"Qanlı Yanvar" filmi Monrealda ikinci dəfə nümayiş olunub
16:38 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Dünyanın nüfuzlu festivalında mükafatlandırılan "Qanlı Yanvar" filmi Monrealda ikinci dəfə nümayiş olunub.
AZƏRTAC "ANSPRESS"ə istinadla xəbər verir ki, filmin nümayişindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında filmin rejissoru Vahid Mustafayevə filmlə bağlı suallar ünvanlanıb.
Azərbaycanın ən yeni tarixində baş verən lakin bu günə qədər gizli saxlanan bütün həqiqətləri özündə əks etdirən "Qanlı Yanvar"a tamaşa edənlər öz təəssüratlarını filmin rejissoru və hadisələrin canlı şahidi Vahid Mustafayevlə bölüşüblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotQanli_Yanvar_quot_filmi_Monrealda_ikinci_defe_numayis_olunub-882069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR