Çingiz Abdullayev: "Futbolçular bu günə kimi də həmin siçanları axtarırlar ki, pullarını alsınlar"

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev maraqlı açşıqlama ilə diqqət mərkəzinə düşüb.

Abdullayevin "Biz Qəbələyə, kubokun finalına bir çemodan pulla getmişdik ki, futbolçulara mükafat paylayaq" açıqlamasına klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a verdiyi açıqlama ilə cavab vermişdi.

Süleymanov bildirib ki, "Qəbələ"ylə kubokun finalına çıxarkən nəinki bir çemodan pul, heç çemodanda siçan da yox idi, amma kuboku qazandıq".

Çingiz Abdullayev Tahir bəyə klubun "Facebook" hesabı ilə cavab verib:

"Tahir Süleymanov çox sağ olsun ki, dediklərimə münasibət bildirməklə borcların yaranma səbəblərini də açıqlamış oldu. Futbolçular 2013/2014-cü il mövsümündə keçirilmiş final oyununa görə müqavilələrində yazılmış mükafatları hələ indiyə kimi də almayıblar. Tahir Süleymanov düz deyir ki, onların çemodanında siçan da yox idi. Futbolçular bu günə kimi də həmin siçanları axtarırlar ki, pullarını alsınlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR