x
Loading...

Azərbaycanda gənc üzgüçülərin hazırlığına başlanır (FOTO)

Azərbaycanda gənc üzgüçülərin hazırlığına başlanır (FOTO)
16:43 4 Sentyabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Su İdmanı Növləri Federasiyası yeni Su İdmanı Sarayında üzgüçülük bölməsinə yeniyetmələrin qəbulunun təşkili məsələsi üzrə məşqçi heyəti ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüş Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov, Azərbaycan Su İdman Növləri Federasiyasının baş katibi Fərid Bənəniyarlı və üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanovun iştirakı ilə keçirilib.

Məşqçi heyətinə Azərbaycan Təhsil Nazirliyinə Bakı şəhəri Səbail rayonunun orta təhsil müəssisələrinin birinci sinifləri arasında seçimin başlanması ilə əlaqədar müraciət hazırlanmaq təklif olunub ki, bu da ölkədə su idmanı növlərinin inkişafına yönəlmiş tədbirlərdən biridir.

R.Əbdürrəhmanovun sözlərinə görə, qarşıya qoyulan tapşırıqlar çərçivəsində birinci siniflər arasında selektiv seçimin aparılması nəzərdə tutulur ki, bu da iki il davam edən məşqlərdən sonra onların “Şən delfin” yarışlarında iştirak etməsinə imkan yaradacaq: “Bu, həmçinin yeniyetmələrin su polosu, sinxron üzgüçülük kimi su idmanı növlərinə cəlb olunmasına imkan yaradacaq. Su idmanı növlərinin inkişafı üçün Azərbaycanda yaradılan şərait artıq bir neçə il ərzində ölkədə güclü idmançıların yetişəcəyinə imkan verəcək”.

Görüş çərçivəsində nəinki idmançıların, eləcə də Azərbaycanın bölgələrində su idmanı növlərinin inkişafı üçün əllərindən gələni edə biləcək gənc məşqçilərin hazırlanması üçün məşqçi briqadasının yaradılması təklif olunub.

Bundan başqa, imtahanlardan sonra məşqçilərin sertifikatlaşdırılması da nəzərdə tutulur.

R.Əbdürrəhmanov bildirib ki, Azərbaycan bazanın yaradılması üçün yeni yanaşma və texnologiyalardan istifadə etmək niyyətindədir: “Bu baza sayəsində bir neçə ildən sonra ölkədə yaxşı idmançılar meydana çıxacaq. Üzgüçülük üzrə milli komandanın müəyyənləşdirilməsi də prioritet məsələlərdəndir. Nəticələr əldə etmək və yaxşı normativlər göstərmək üçün artıq indidən əsas məşqlərə başlamalıyıq. İlkin məşqlər gün ərzində iki dəfə (səhər və axşam) keçiriləcək. Trenajorlar və başqa idman avadanlıqlarından istifadə ediləcək”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2430039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR