İsmayıl Ömərovun nəvəsi əməkdar artistlə (VİDEO, FOTO)

İsmayıl Ömərovun nəvəsi əməkdar artistlə (VİDEO, FOTO)
13:21 28 Yanvar 2015
369 Şou
Ölkə mətbuatı
A- A+

Respublikanın ən tanınmış simalarının uşaqlarla birlikdə “Bu mənəm-2” adlı duet layihələri hazırlanır.

ANS PRESS-in məlumatına görə, Mahnıların musiqisi layihə mrəhbərləri olan bəstəkar cütlük Bəbir və Ülviyyə Bəbirlidir. Sözləri şairə Ruhiyyə Rüstəmovaya məxsusdur.

Layihənin məqsədi istedadlı uşaqlara dəstəkdən ibarətdir. Layihədə azyaşlılarla birlikdə - əməkdar artist Tüznalə Ağayeva, müğənnilər Eldar Qasımov, Samira, əməkdar artist Lalə Məmmədova, Fidan Hacıyeva, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, əməkdar artist Xəyyam Mustafazadə, Əkbər və Gülnarə Rəhman təmsil olunur.

Layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirli bu barədə danışıblar: "İstedadlı uşaqlara dəstək vacibdi. Onları sənətdə yönləndirmək, həvəsləndirmək lazımdı. Amma az hallarda onlar yaradıcı adamlardan bu dəstəyi ala bilirlər. Biz bu qəbildən layihələr həyata keçirməklə Azərbaycanın gələcəyi olan uşaqları unutmuruq".

Qeyd edək ki, “Bu mənəm-2” layihəsinə startı əməkdar artist Tünzalə Ağayeva və Suada Ələkbərovanın dueti ilə verilib.

Suada Ələkbərova Azərbaycanı Uşaq Avroviziya müsabiqəsində (Junior) ilk dəfə təmsil edib. Bundan əlavə bir çox müsabiqələrdə iştirak edib,vətənimizi layiqincə təmsil edib. Duet ortaqlarının müəllimi olan Mziya Qambaşidze də səsyazma zamanı öz tələbələrinə köməyini əsirgəməyib.

Məlumat üçün bildirək ki, ötən ilin iyununda "Bu mənəm" adlı uşaq mahnılarından ibarət albom layihə şəklində Bəbir və Ülviyyə Bəbirli tərəfindən təqdim olunub.












Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=322389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR