Miqrantlar Almaniyaya getməyin yolunu tapıblar (FOTO,VİDEO)

Miqrantlar Almaniyaya getməyin yolunu tapıblar (FOTO,VİDEO)
13:06 5 Sentyabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Miqrantlar Almaniyaya ayaqla getməyə qərar veriblər.

ANS PRESS-in məlumatına görə, qeyri-leqal miqrantlar neçə gündür ki, Macarıstanda Budapeşt vağzalında polislərlə münaqişə yaşayırlar. Macarıstan Avstriya və Almaniyaya gedən qatarların hərəkətini dayandırıb. Bunu görən qaçqınlar Almaniyaya ayaqla getmək qərarına gəliblər.

Macarıstan hakimiyyəti miqrantlara sənədlərini rəsmiləşdirənə qədər düşərgəyə yola düşməyi təklif etsə də, ancaq qaçqınlar buna razı olmayıblar.

Macarıstanın cənubunda polislərlə qaçqınlar arasında yaşanan qarşıdurmada polislər gözyaşardıcı qaz tətbiq etməyə məcbur olublar. Lakin camaat da təzyiq altında qalmayaraq, polisləri daşa tutublar və yüzlərlə miqrant mühasirədən qaçaraq, ayaqla Almaniyaya getmək qərarına gəliblər.


Miqrantların ayaqla Almaniya və Avstriyaya üz tutmaları

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avstriyadakı nümayəndəliyi yaxın saatlarda 1,5 minədək miqrantı qəbul etməyə hazır olduqlarını bəyan edib.

Bu barədə beynəlxalq təşkilatın nümayəndəsi Tomas Horvat Macarıstanla sərhəddə bildirib: "Bizə məmurlardan göstəriş verilib ki, 800-dən 1,5 min nəfərədək adam gözləyə bilərik", - deyə Tomas Horvat qeyd edib.

"Bizdə onlar üçün çarpayı və mənzil var, yemək və isti içkilər artıq hazırdır. Həmçinin burada lazım olarsa, tibbi yardım da göstərmək mümkün olacaq", - deyə Xorvat bildirib.

Avstriya və Almaniya miqrantları Macarıstandan qəbul etmək barədə razılıq əldə edib.


Miqrantların getdikləri istiqamət

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR