Dənizdə batmaq təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

17:27 5 Sentyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 17:25 ]


Bakı. Cavid Zeynallı – APA. Dənizdə batmaq təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən 2 nəfər xilas edilib. 

 

Xidmətə daxil olan məlumata görə, Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batmaq təhlükəsi ilə üzləşən şəxsin həyatı xilas edilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR