Avro-2016-nın seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib

Avro-2016-nın seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib
09:13 7 Sentyabr 2015
196 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Avro-2016-nın seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, daha 3 qrupda qaliblərin adı məlum olub. Belə ki, “A” qrupundakı qarşılaşmalarda Latviya yığması Çexiya millisinə (1:2) məğlub olub. Türkiyə isə Hollandiya komandasının qapısından 3 cavabsız top keçirib. İslandiya – Qazaxıstan görüşündə hesab açılmayıb. Buna baxmayaraq İslandiya yığması 19 xalla qrup cədvəlinə rəhbərlik edir. “B” qrupunda isə nəticələr belədir: Uels – İsrail - 0:0, Bosniya və Herseqovina – Andorra - 3:0, Kipr – Belçika - 0:1. Qrupda ən çox xal Uels komandasının (18 xal) hesabındadır. “H” qrupunda mübarizə aparan Azərbaycan yığması Malta millisi ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Norveç – Xorvatiya qarşılaşması 2:0, İtaliya – Bolqarıstan oyunu isə 1:0 nəticə ilə yekunlaşıb. Bu qrupda ən çox xal İtaliya millisinin (18 xal) aktivindədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avro_2016_nin_sechme_qrup_merhelesinin_novbeti_oyunlari_kechirilib-882562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR