[ 08 Sentyabr 2015 22:59 ]


Bakı-APA. Bolqarıstan sentyabrın 1-dən 24-dək Suriyaya humanitar yük aparan Rusiya təyyarələrinin ölkə üzərindən uçuşuna qadağa qoyub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstan XİN mətbuat xidmətinin məlumatında bildirilir.

“Bolqarıstan XİN sentyabrın 1-dən 24-dək RF-Suriya marşrutu üzrə Rusiya hərbi-yük təyyarələrinin Bolqarıstanın hava məkanı üzərindən uçuşuna icazə vermədiyini təsdiqləyir. İmtinaya əsas Rusiyanın uçuşa icazə ilə bağlı xahişində uçuşların məqsədinə və aparılan yüklərə dair məlumatın qeyri-səhih verməsi olub”, deyə məlumatda bildirilir.