Bakı, 9 sentyabr, AZƏRTAC
Braziliyalı futbolçu Jairo Rodriges Filyo Bakının “Neftçi” klubu ilə müqavilə imzalamaq üçün paytaxtımıza gəlib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, müdafiəçi dünən komandanın səhər məşqində də iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə “Neftçi” futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 1992-ci ildə Braziliyada anadan olan Jairo Rodriges Filyo indiyədək ölkəsinin “Amerika” (2011-2012-ci il), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.