[ 10 Sentyabr 2015 00:52 ]
Bakı-APA. Türkiyədə növbəti terror hadisəsi baş verib.
APA-nın “Milliyət”-ə istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının üzvləri Türkiyənin Tüncəli şəhərində polis bölməsinə silahlı hücum edib.
Hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 1 nəfər dinc sakin olmaqla daha 3 nəfər yaralanıb.
Qeyd olunur ki, terrorçular hücum zamanı qumbaraatan və uzunlüləli silahlardan istifadə ediblər.