Sony-də ciddi ixtisarlar olacaq

Sony-də ciddi ixtisarlar olacaq
21:17 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Sony şirkəti yaxın vaxtlarda effektivliyin artırılması və xərclərin azaldılması məqsədilə mobil bölmənin minədək əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu barədə şirkət əməkdaşları bildiriblər.
 
İxtisarların Sonynin Çin, ABŞ və Avropa İttifaqı ölkələrində yerləşən nümayəndəliklərində çalışan əməkdaşlara şamil olunacağı gözlənilir. Bununla Yaponiya istehsalçısının smartfon və planşet kompüterlərə cavabdeh bölməsinin əməkdaşlarının sayı 5 minədək azaldılacaq. Sony nümayəndələri ümid edirlər ki, görülən tədbirlər bölmənin 2017-ci ildən yenidən mənfəətlə işləməsinə imkan verəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-ın Apple Inc. və Cənubi Koreyanın Samsung Electronics şirkətləri ilə rəqabətin sərtləşməsi fonunda mobil qurğular bazarında uğursuzluq Sonynin 2014-cü ilin iyul-sentyabrı üçün dərc edilən rüblük hesabatını korlayıb. Belə ki, hesabatda şirkət 136 milyard yen məbləğində (cari məzənnə ilə 1,15 milyard dollar) itki ilə üzləşməsi barədə məlumat verib. Bununla yanaşı, Sonynin mobil bölməsinin itkiləri 172 milyard yen (1,46 milyard dollar) təşkil edib.
 
Bundan əvvəl istehsalçı 2014-cü maliyyə ili (2015-ci il martın 31-də başa çatacaq) üçün dünyada satılan smartfonların sayı ilə bağlı proqnozunu 43 milyon ədəddən 41 milyon ədədədək azaltmaq məcburiyyətində qalıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/321446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR