Tanınmış bəstəkar Tahir Əkbər əməliyyat olunacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə xalq artisti Aybəniz Haşimova öz facebook səhifəsində paylaşıb. Bəstəkarda ikitərəfli xroniki baş-beyin substral hematoma və ürəklə problemlər qeydə alınıb.

"Əvəzsiz qardaşım, böyük bəstəkar Tahir Əkbər artıq əməliyyat masasındadır. Allahdan ona şəfa diləyirik. Sağ-salamat İnşallah. Dualarınızı əsirgəməyin dostlar. Allah hamınızdan razı olsun. Diqqətinizə çatdırım ki, Tahir müəllimin bütün xəstəxana xərclərini dövlət öz uzərinə götürüb", - deyə Aybəniz Haşimova bəstəkara və onun ailəsinə dəstək olduğunu bildirib.

Məşhur bəstəkar əməliyyat masasında (FOTO)
Aybəniz Haşımovanın şəxsi facebook səhifəsindən

Tahir Əkbər 1946-ci ildə anadan olub. Musiqiyə hədsiz həvəsi olduğu üçün, 1960-ci ildən musiqiylə məşğul olmağa başlayıb. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlar İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür.

Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Tahir Əkbərin bəslədiyi mahnılar nəinki Azərbaycanda, həmçinin Türkiyədə tanınıb.