x
Loading...

“Bakı-2015” ilk Avropa Oyunlarının daha bir ulduz elçisi seçilib

“Bakı-2015” ilk Avropa Oyunlarının daha bir ulduz elçisi seçilib
21:48 28 Yanvar 2015
383 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 28 yanvar, AzərTAc
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi tanınmış televiziya aparıcısı Azər Qəribi bu yay keçiriləcək birinci Avropa Oyunlarının ulduz elçisi seçib.
Oyunların Əməliyyat Komitəsindən AzərTAc-a bildiriblər ki, Azər Qərib daxil olmaqla hazırda “Bakı-2015”-in musiqi, televiziya və incəsənət dünyasından 14 ulduz elçisi var.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilk Avropa Oyunlarına Azər Qərib kimi məşhurların dəstəyini yüksək qiymətləndirib. Nazir əmin olduğunu bildirib ki, ulduz elçilərimiz əhali arasında böyük həyəcan yaradacaq və daha çox insanı Oyunlara cəlb edəcək.
Azərbaycanı “Bakı-2015”-də ulduz elçi kimi təmsil etməkdən qürur duyduğunu vurğulayan Azər Qərib idman azarkeşlərini bu yay Bakıya gəlməyə həvəsləndirməyin Oyunlar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Ulduz elçi proqramı “Bakı-2015”-in Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. Proqram iştirakçıları “Bakı-2015”-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərinə qoşulmaq, kampaniyaları dəstəkləmək və sosial şəbəkələrdən istifadə etməklə pərəstişkarları arasında Oyunların təbliğ olunmasını təmin edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_ilk_Avropa_Oyunlarinin_daha_bir_ulduz_elchisi_sechilib-828200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR