Samsung ürəyi araşdırır

Samsung ürəyi araşdırır
23:52 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya şirkətinin son həllərindən biri insult xəstəliyi haqda əvvəlcədən xəbər verən yığcam skaner olub.
 
Early Detection Sensor and Algorithm Package (EDSAP) adlanan qurğunun iş mahiyyəti beynin elektrik impulslarını oxumaq və onları smartfon və ya planşetə ötürməkdir. Bundan sonra xüsusi tətbiqin köməyi ilə beynin elektrik impulsları emal edilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu skaner yaxınlaşan insult haqda insanı xəbərdar edəcək ki, o, vaxtında həkimə müraciət edə bilsin. Həkim mobil tətbiqin nəticəsinə uyğun olaraq müalicə təyin edəcək. Xəstənin beyninin analizi üçün cihaza 60 saniyə kifayətdir.
Qurğunun daha bir üstünlüyü var. Cihazı uzun müddət istifadə etdikdə xəstənin nevroloji vəziyyəti haqqında ətraflı təsəvvür tərtib etmək olar.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/321450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR