Müğənni Azəri Günel Zeynalova geyimlərini satışa çıxaracaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Həyat tərzi" verilişində deyib. O, əldə olunacaq pulu xeyriyyə məqsədiylə xərcləyəcəyini vurğulayıb:

"İnstagram-da bir səhifə açacam, libaslarımı orada satacam. Çox paltarım var. Nə qədərini başqalarına hədiyyə etmişəm. Libaslar köhnə deyil, hərəsini 1 dəfə geyinirəm. Həm də istəyənlər çoxdur. Pulunu isə köməyə ehtiyacı olanlara verəcəm".

Geyimlərindən danışan G.Zeynalova sevdiyi rənglərdən söz açıb:

"Dostum Burçin var, libaslarımı o tikir. Sonra oturub üzərində dəyişiklik edirik. Geyimlərimin hamısını özüm seçirəm. Ağ, qara və qırmızı rəngləri sevirəm. Ən çox da qara rəngə üstünlük verirəm".

Milli.Az