Bu möhtəşəm foto, Danimarka sərhədində çəkildi. Dünyada bir çox ölkənin üz çevirdiyi, bir çox insanın zülm tətbiq etdiyi qaçqın uşaq və Danimarkalı bir polis.

Almaniya və Avstriyanın sərhəd qapılarını qaçqınlara açmasının ardından, Danimarka da sərhdləri açdı. İraqlı və Suriyalı qaçqınlar, Danimarka-Almaniya sərhəddindəki E45 magistralından yeriyərək İsveçə keçməyə çalışırlar. Zülmdən, müharibədən qaçarkən bəşəriyyət qırıntıları axtarırlar. Bu şirin qızın isə axtardığını Danimarka sərhəddində tapdığı görünür.

Bir uşağın gülümsəməsi hər kəsin sevincinə səbəb olub və bu polis o uşağın ürəyinə yol tapa bilib!

Mediada gəzən xəbərlərə görə, dünyanın bir çox yerindən bu təmiz ürəkli polisə evlənmə təklifləri də gəlməyə davam edir.

Daha bir neçə gün öncə gördüyümüz bu səhnələrdən sonra, hələ də yaxşı insanların olduğunu görmək hamımıza ümid verir.

Danimarkalı Polis və Kiçik Qaçqın Qızdan Bütün Dünyaya İnsanlıq Dərsi