Bakı, 14 sentyabr, AZƏRTAC
“Abşeron” yatağının işlənməsi üzrə yekun investisiya qərarı 2017-ci ildə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, Fransanın “Total” şirkəti tərəfindən Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənməsi proqramı artıq hazırlanıb. Layihə üzrə yekun investisiya qərarı isə 2017-ci ildə qəbul ediləcək.
R.Abdullayevin sözlərinə görə, “Ümid” yatağında aparılan qazma işləri də davam etdirilir. Bununla bağlı tender elan olunub və təkliflər nəzərdən keçirilir. Artıq “Ümid” yatağında 4-cü quyunu qazılmasına başlanılıb. Yataqda neft-qaz istehsalı davam edir.