Neftçalada dənizdən meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyiti tapılan şəxsin bu ilin fevralında itkin düşmüş Lənkəran rayonunun Nərimanabad kənd sakini, 1983-cü il təvəllüdlü Mahmudov Ceyhun Zahir oğlu olduğu müəyyənləşib.

Həmin şəxsin dənizdə balıq tutarkən itkin düşdüyü bildirilir.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

***

Neftçala rayonunda dənizdən naməlum kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hüquq-mühafizə orqanları mərhumun şəxsiyyətini araşdırır.